image-photo-2022-11-17-11-17-21backend

Azərbaycan-Albaniya siyasi dialoqu

image-reklam_sirab_01

İki dövlət arasında əməkdaşlığın artırılması potensialına malik bir çox sahələr mövcuddur
Balkan yarımadasında yerləşən Albaniya Respublikasının Azərbaycanla ortaq tarixi keçmişi var. Tarixləri miladdan əsrlər əvvəl başlayan və dərin köklərə malik hər iki xalq düşmənləri ilə qarşı-qarşıya gələrək daimi azadlıq uğurunda mübarizə aparıblar. Elə məhz xarici düşmənləri ilə mübarizdə bu iki xalq daha da güclənib və qəhrəmanlar yetişdirib. Azərbaycan və alban xalqları sülh, azadlıq sevən, çalışqan, qonaqpərvərdirlər. Hər iki dövlət Avropa demokratik cəmiyyətinə inteqrasiya etməklə yanaşı, öz milli dəyərlərinə görə beynəlxalq arenada yüksək bir yer tutur. Azərbaycanla Albaniya arasındakı birlik, həmçinin dostluq, hətta sovet dövründə də möhkəm olub. Bu gün bu iki dövlət həyatın hər sahəsində bir-birlərinə dəstək olurlar. Bu da Azərbaycan-Albaniya əlaqələrinin inkşafında böyük perspektivlər vəd edir. Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri bu münasibətlərin inkişaf istiqamətində davam etməsinin göstəricisidir. Xüsusən iki dövlət arasında siyasi dialoq mühiti yaranıb. Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi bəyanat bu məsələlərə də toxunub. Cənab Prezident qeyd edib ki, Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Siyasi dialoqun çox güclü dinamizmi var”.
Xatırladaq ki, aprelin 14-də Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşmüşdü. Noyabrın 15-də Tiranada da Prezident İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun həyata keçirildiyi bildirilib. Həmçinin Tiranada Prezident İlham Əliyevin şərəfinə Baş nazir Edi Rama tərəfindən nahar verilib.
Azərbaycanla Albaniyanın ikitərəfli münasibətlərinin inkişafı baxımından ticarət dövriyyəsinin artırılması üçün genişi mkanlar vardır. Xüsusən enerji sektorunda əməkdaşlığın genişləndirlməsi mühüm əhəmiyyət kəsb edir. Albaniya Azərbaycanın Avropaya təbii qazın ixracatçısını dəstəkləyir. Bu mənada Prezident İlham Əliyev bəyanatında Albaniyanın bu rolunu xüsusi qeyd edib: “Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar: “Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər”.
Vətən müharibəsində Azərbaycanın apardığı haqq savaşı Albaniya tərəfindən də siyasi olaraq dəstəklənib. Cənab Prezident bəyanatında bunu da yada salaraq yüksək qiymətləndirib. Dövlətimizin başçısı bildirib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir: “Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. Albaniya hazırda ATƏT-in sədridir və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çox müsbət haldır ki, bu gün də Albaniya rəsmiləri Azərbaycanın Ermənistanla sülh danışıqları istiqamətində nümunəvi səylərini alqışlayırlar.
Azərbaycan-Albaniya əlaqələri çox erkəndən başlayıb və hər zaman onlar arasında dialoq olub. İki dövlət arasında əməkdaşlığın artırılması potensialına malik bir çox sahələr var. İki ölkə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarına malikdir. İqtisadiyyat sahəsində əməkdaşlıq edib hələ çox işlər görmək olar. Hər iki ölkənin vətəndaşlarına turizm sahəsində müxtəlif imkanlar yaratmaq mümkündür. Prezident İlham Əliyevin Albaniya səfəri bu perspektivləri müzakirə etmək baxımdan da çox əhəmiyyətlidir. Ümumiyyətlə, bu səfər Azərbaycanla Albaniya arasında siyasi dialoqun yüksək səviyyədə olmasını bir daha nümayiş etdirir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image