“Tədris dili digər dillərdə olan şagirdlər həm IX, həm də XI illik təhsil bazasından “Azərbaycan dili” üzrə dövlət dili fənni kimi imtahan verirlər”.
Veteninfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.
O qeyd edib ki, bu il bu imtahan üzrə yeni model olacaq:
“Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi. Dinləmə mətninin audiomaterialları DİM-in saytında yerləşdirilib. İmtahanda 3 yazılı tapşırıq olacaq”.