image-imagesbackend

Azərbaycan respublikası hər daim inkişaf edir

image-reklam_sirab_01

Regional inkişaf sahəsində uğurla həyata keçirilən I Dövlət Proqramı müxtəlif bölgələrdə inkişaf üçün yeni təməllər yaratdı və inkişaf prosesini yeni uğurlu səviyyəyə qaldırdı.  Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə «Azərbaycan Respublikası bölgələrinin  sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nı təsdiqlədi.  Yeni proqramın hazırlanmasını müəyyənləşdirən əsas hədəflər ölkədə iqtisadi şaxələndirilməyə və onun dünya iqtisadi sisteminə faydalı inteqrasiyasına nail olmaq, infrastruktur və kommunal xidmət səviyyəsini daha da yaxşılaşdırmaq və əhalinin həyat səviyyəsini davamlı yüksəltməkdir.  «Azərbaycan Respublikası bölgələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)» nin uğurlu icrası nəticəsində «Yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Tədbirlər Proqramı, qeyri-neft sektorunun inkişafı, yeni müəssisələrin və iş yerlərinin açılması, göstərilən dövlət xidmətlərinin keyfiyyəti və həcminin yaxşılaşdırılması və bölgələrdə və ölkənin paytaxtında sosial infrastrukturun təmin edilməsi, iş sektoru, məşğulluğun artırılması və yoxsulluğun azaldılması yolunda ciddi qərarlar icra edilmişdir. Bu yaxınlarda Prezident İlham Əliyev respublikanın bölgələrinə müntəzəm səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi obyektlərin açılışında iştirak edib.
Prezident İlham Əliyev kadr və infrastruktur islahatlarından sonra iclaslarda müvafiq təşkilatlara lazımi təlimatları verərək bölgələrin sosial-iqtisadi inkişaf göstəricilərinə xüsusi diqqət yetirir.  Ölkədə həyata keçirilən əsas infrastruktur layihələri bölgələrin payına düşür.  Son 15 ildə 15 min kilometr yol çəkilib ki, bunların da əksəriyyəti bölgələrdəki kənd yolları və şəhərlərarası magistral yollardır.
Sənaye sahəsi ilə yanaşı aqrar sektorda böyük müəssisələrin yaradılması istiqamətində də ardıcıl işlər aparılır. Azərbaycanın Aqrosənaye Kompleksindən danışarkən bir-biri ilə əlaqəli sənaye müəssisələrini və kənd təsərrüfatını nəzərdə tuturuq.  AAK-nin əsas vəzifəsi əhalini ərzaq və mal ilə təmin etmək, heyvandarlığı qida ilə, sənayeni xammal ilə təmin etməkdir. Azərbaycan Xəzər dənizinin Abşeron yarımadasında, eləcə də birbaşa Xəzər dənizində cəmlənmiş ən zəngin neft və təbii qaz ehtiyatlarına malikdir.  Dəmir filizi, şist, molibden yataqları, bir neçə mineral bulaqlar var. Bu baxımdan Azərbaycan iqtisadiyyatının ən vacib sahəsi neft sənayesidir. Azərbaycan inkişaf etmiş sənaye sektoruna sahib bir dövlətdir. Layihələrin icrası üçün yeni yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb.
Azərbaycan respublikasının iqtisadiyyatının inkişafı xalq üçün ən əsas amillərdən biridir. Müharibə bitdikdən sonra iqtisadiyyatımız da artımlar müşahidə olunmuşdur.
Azərbaycanın əsas ixrac məhsulu neftdir (ümumi məhsulun yüzdə 90 hissəsi), daha sonra maşınqayırma məhsulları, qida məhsulları, pambıq, çaydır.  Azərbaycana taxıl, tikinti materialları, mineral gübrələr, maşınlar, aqreqatlar, aparat və avadanlıqlar, nəqliyyat vasitələri, qara metallar, bəzi istehlak malları idxal olunur.
2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızı dirçəliş prosesi çoxdan başlayıb. Torpaqlarımızda sürətli bərpa prosesləri gedir. Yeni xətlər, su elektrik stansiyaları çəkilir. İşğaldan azad olunmuş torpaqlarımız üçün bir çox infrastruktur layihələrinə imza atmışıq.    Ermənilərin torpaqlarımızdan çıxış zamanı rayonlarımızda vurduğu zərərləri qarşılamaq üçün çoxsaylı işlər görülür. Bu prosesdə Azərbaycanın daimi dəstəkçisi olan ölkələr mühüm rol oynayır. Biz düşünürük ki, ilin sonunadək torpaqlarımızın bir çox hissəsi dirçələcək. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir,  Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu işlər çox çətin işlərdir məşəqqəti yolda biz inanırıq ki torpaqlarımız tez bir zamanda bərpa olunacaq.
Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhrələnmək sahəsində özünün milli proqramını da hazırlamışdır.
Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığı, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik təmin edilir.
Müharibədən sonra ermənistan hər nə qədər Azərbaycana qarşı  saxta bəyanatlar qəbul etsə də  onların heç birinin asası yoxdur. Ermənistan artıq anlamalıdır ki,  bu vaxtdan sonra Azərbaycan ilə stabil əlaqələr yaratmaq onların xeyrinə olar. 2-ci Qarabağ müharibəsindən sonra hər kəs kimin nə olduğunu gördü. Azərbaycan qalib dövlətdir və biz öz dədə-baba torpaqlarımızı geri qaytardıq.
Azərbaycan düzgün siyasət aparır. Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik.
Əlizadə Zeynəb Kamran qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki