Müstəqillik illəri ərzində öz enerji təhlükəsizliyin sərmayə yatıran Azərbaycan daxili bazarda tələbatları tam etməklə yanaşı sayı artan ölkə enerji təhlükəsizliyində də get-gedə daha mühüm rol oynamağa çalışır. Sərmayələri və diqqəti cəlb etməkdə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu çox vacibdir. Konfransın keçirildiyi iki ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu bariz şəkildə elan etmişdir. Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu ki, bu Azərbaycanın ixraca başlamasına və bir çox ölkələrin tələbatını təmin etməsinə şərait yaratdı. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənubi Qaz Dəhlizi qürurlanacağımız layihədir və bu layihə “Şahdəniz” qaz- kondensat yatağında hasilatı artırmağa imkan verir. Cəmi bil il beş ay müddətində Azərbaycan yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il 22 milyard kubmetr təbii qaz ixrac etmiş Azərbaycan gözlənilir ki, bu rəqəm bu il 24 milyard kubmetr olacaq.
Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub ki bunun bariz nümunəsini biz Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işində görürük. Xüsusilə Azəebaycan qazına olan tələbat daim sürətlə artmaqda özünü göstərir. Böyük həcmdə qaz hasil etmək üçün 1 il yetərli bir zaman deyil, buna görə danışıqlara başlanılmalıdır. Ənənəvi tərəfdaşlar və sərmayədarlarla, həmçininn də enerji şirkətləri ilə çalışılmalıdır ki, hasilat artsın. ABŞ-ın Azərbaycan enerki siyasətini hər zaman dəstəkləməsi nəticəsində nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər.
1997-cü ildə xarici şirkətlə imzalanmış ilk sazişin bu günə qədər dəyişdirilməməsi, verdiyi öhtəliklərə hörmət və sadiqlik göstərməsi Azərbaycanın etibarı tərəfdaş olduğunu göstərir və qarşılıq olaraq eyni hörmət və sadiqliyi gözləyir.
Xəzər dənizinin özü belə böyük bir poetnsiala sahibdir ki, sektorun poetinsialı 150 min meqavat təşkil edir. İkinci Qarabağ müharibəsi nəticəsində azad olunan torpaqlarda – Kəlbəcər və Laçının potenisyalı 9-10 min meqavat təşkil edir. Artıq Azərbaycan digər ölkələrə vacib tranzit imkan təqdim edən bir məkandır. Bundan isə maksimum dərəcədə istifadə oluna bilər lakin, əfsuslar olsun ki, bu günə qədər bundan o qədər də istifadə olunmayıb. Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq
İsmayılova Aygün / Sahibkar