image-1663160667-pasinyan-768x403backend

“Azərbaycan sülh müqaviləsi ilə bağlı bizim versiyaya hələ cavab verməyib”- Paşinyan

image-reklam_sirab_01

“Bizim sülh müqaviləsi variantımız Azərbaycana göndərilib, lakin hələlik Azərbaycandan  bir cavab almamışıq.”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin tribunasından asəsləndirib. Onun sözlərinə görə,  bu kimi oxşar sənədlərə reaksiyanın formalaşması müəyyən vaxt tələb edir.

Nikol Paşinyan deyib ki, göndərilən təkliflərinə hansısa vaxtdan sonra  rəsmi Bakı tərəfindən reaksiyanın olacağını güman edirlər.

 

Paşinyan bildirib ki, bu müddət ərzində sülh sazişi ilə bağlı 3 raund iş aparılıb, yəni təklif veriblər, Ermənistan tərəfi cavab verib və s.

 

“Biz bu istiqamətdə işi davam etdirməliyik. Sənədli işlər aparılır və bu işlər heç də həmişə üzbə-üz görüş tələb etmir”.

 

Ermənistanın baş naziri bildirib ki, onlar bu yaxınlarda Azərbaycan tərəfinə sərhəd demarkasiyası komissiyalarının iş reqlamentinin layihəsini də təqdim ediblər və bu sənədin də cavabını gözləyirlər.

 

“Bizim keçmişdə kommunikelərin açılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı verdiyimiz təkliflər var və bizim  verdiyimiz bütün bu təkliflər qüvvədə qalır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image