Yaxın günlərdə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf prespektivləri” mövzusuna həsr edilmiş tədbirdə“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbtahimov deyib.
Onun sözlərinə görə, memorandum yer elmləri və mədənçilik sahəsində elmi-texniki əməkdaşlığı, yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edəcək.
“Əminəm ki, birgə əməkdaşlıq hər iki ölkənin dağ-mədən sənayesinin inkişafında öz əhəmiyyətli təsirini göstərmiş olacaq”, – deyə o əlavə edib.