image-photo-2021-11-29-16-54-10-2backend

Azərbaycan və Rusiya arasındakı daimi qarşılıqı əlaqə.

image-reklam_sirab_01

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüş böyük maraqla izləndi. Görüş zamanı Prezident İlham Əliyevin qonşu dövlət kimi Rusiyanın Azərbaycanla olan daimi əlaqələrini xüsusi olaraq vurğulayıb. Dövlət başçısı Azərbaycan və Rusiya arasında güclü əməkdaşlıq və iqtisadi-siyasi əlaqələr mövcud olduğunu və iki ölkə arasındakı münasibətlərin strateji müstəvidə və daimi ikitərəfli münasibətlər zəminində sürətlə inkişaf etdiyini vurğulayıb: “Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.

Prezident Vladimir Putinin Azərbaycan təhsil sistemində rus dilinə xüsusi diqqət yetirilməsinin yüksək qiymətləndirməsinə qarşı, Prezident İlham Əliyev də Azərbaycanlı tələbələrin Rusiyada təhsil almalarına də xüsusi diqqət yetirib: “Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur.”

Soçi görüşündən sonra atılacaq addımları izləməliyik. Bu razılaşmaları irəliyə doğru addım kimi qiymətləndirmək olar. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərdən danışarkən Ermənistan və Azərbaycan arasında baş vermiş müharibəyə və müharibədən sonrakı mövcud vəziyyətə də toxunub və müharibənin bitməsindən sonra münaqişəli bölgəyə yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyətindən danışıb və bildirib ki, 3 tərəfli bəyanatın üzərindən keçən bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlərin baş verməmiş və silahlı toqquşmalar olmamışdır. Dövlət başçısı sülhməramlıların məsul olduğu bölgədə ciddi insidentlərin olmadığını bildirib. Həmçinin, onu da qeyd edib ki, Azərbaycan və Ermənistan sərhədində baş vermiş silahlı toqquşmaların Rusiya sülhməramlılarının məsuliyyət zonası olmadığını vurğulayıb.

Görüş zamanı Azərbaycan Respublikasını Prezidenti kimi İlham Əliyev Azərbaycanın bütün istiqamətlərdə Rusiya ilə münasibətlərin inkişafında və Azərbaycanın Rusiya ilə münasibətlərinin bütün istiqamətlərdə aparılmasında maraqlı olduğunu bir daha bildirmişdir.

 

                                             Bakı Dövlət Universiteti – Babayeva Xalidə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki