image-20backend

Azərbaycan və Serbiya arasında viza rejimi ləğv edilir

image-reklam_sirab_01

Azərbaycan və Serbiya arasında viza rejimi ləğv edilir. Virtualaz.org xəbər verir ki, müvafiq sazişi bu gün Belqradda Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Serbiya xarici işlər naziri Nikola Selakoviç imzalayıblar.

Xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər bu gün ümumilikdə bir saziş və iki anlaşma memorandumu imzalayıb: “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki