image-1jpegbackend

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

image-reklam_sirab_01

Energetika Nazirliyində Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası onlayn formatda keçirilib.

Vətəninfo.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, energetika nazirinin müavini Orxan Zeynalovun və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasir Əl Dossarinin həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilib.

İclasda neft və neft məhsullarının alqı-satqısı, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Səudiyyə Ərəbistanı istiqamətində neft məhsullarının təchizatı, neft-kimya sektorunda ticarət və birgə sərmayələr imkanları müzakirə edilib. İki ölkə arasında “OPEC plus” formatında əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Bərpa olunan enerji sahəsində dinamik inkişaf edən əlaqələr çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə əməkdaşlıq layihələrindən bəhs edilib. Şirkətlə imzalanmış külək, günəş, yaşıl hidrogen, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair sənədlərdən irəli gələn məsələlər və layihələrin reallaşdırılması sahəsində konkret addımlar müzakirə edilib.

İclasda, həmçinin enerji tənzimlənməsi, enerji səmərəliliyi, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi kimi məsələlər nəzərdən keçirilib. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində mümkün yaşıl enerji keçidi təşəbbüsləri çərçivəsində iki ölkənin əməkdaşlıq edəcəyi razılaşdırılıb.

İclasda Azərbaycan tərəfindən Energetika Nazirliyi ilə yanaşı, SOCAR və “Azerenerji” ASC-nin nümayəndələri iştirak edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image