image-reklam-veteninfo
image-photo-2021-12-11-10-24-16backend

AZƏRBAYCAN XALQININ ƏBƏDİ LİDERİ

image-reklam-veteninfo

Hər bir xalqın öz milli azadlığı uğrunda xilaskar rol oynayan bir qəhrəmanı vardır.Bu qəhraman şəxsiyyət nəticəsində həmin xalq çiçəklənmiş və daim irəliyə getmişdir.Azərbaycan xalqı üçün isə bu qəhrəman Ulu Öndər Heydər Əliyevdir.Heydər Əliyevin müdrik siyasəti,uzaqgörənliyi sayəsində Azərbaycan xalqı çətin zamanlardan üzüağ çıxmağı bacarmışdır.Azərbaycanın bugünki inkişaf yolunun təməlini məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur və onun davamçısı olan cənab Prezident İlham Əliyev bu yolu davam etdirərək xalqımız üçün ən yaxşı olan hər şeyi edir.
Heydər Əlirza oğlu Əliyev 10may 1923-cü ildə Naxçıvan şəhərində kasıb bir fəhlə ailəsində dünyaya gəlmişdir.Uşaq vaxtı keçirdiyi çətinliklərə baxmayaraq həyatın bu sərt üzüylə razılaşmadı. 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikomunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Lakin bu ərəfələrdə başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.Heydər Əliyev 1949-1950-ci illərdə Leninqradda(indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsilini başa vurduqdan sonra 1950ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi olaraq işə başlayır.25il müddətində Dövlət Təhlükəsizliyi orqanlarında fəaliyyət göstərir.Ulu Öndər 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.O,artıq 46yaşında Azərbaycan KP MK-ın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.Onun bu fəaliyyəti dövründə dövləq iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə etdi.Heydər Əliyev 1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasiy xəttə etriaz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
1990-ci il yanvarın 19-dan 20-ə keçən keçə sovet qoşunları Bakıda qanlı qətliam törətdi.Bu faciənin sabahı yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadaki nümayəndəliyində bəyanatla çıxış edərək bu qətliamı törədən hər kəsin cəzalanmasını tələb etdi.SSRİ rəhbərliyinin ikiüzlü siyasətini görən Ulu Öndər 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.Bu münaqişələr zamanı Azərbaycan xalqı gücdən düşmüş və ölkədə vətəndaş müharibəsi yaranırdı.Bu zaman Heydər Əliyevin hakimiyyətə gəlməsi bütün xalqı ayağa qaldırdı və bu sözün əsl mənasında milli hərəkata çevrildi. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Bakının neft şəhəri olduğunu hər kəs bilir.Heydər Əliyev ölkəmizin,xalqımızın gələcəyini rifahını düşünərək 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsini imzaladı.O,həmçinin milli ordu quruculuğundada bir çox dəyişikliklər etdi.Onun apardığı siyasəti hal-hazırda Ali Baş Komandan İlham Əliyev davam etdirir.Azərbaycanda baş verən bir sıra qanunların adları misal olaraq: “Ölüm cəzasının ləğv olunması”, “Bələdiyyə seçkiləri haqqında qanun” kimi qanun-qaydalar və onların həyata keçirilməsi məhz Heydər Əliyevlə bağlıdır.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Ulu Öndər Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş və bu nəhəng elm təşkilatı akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha təsdiqləmişdir.2003-cü ildə baş tutacaq prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verməsinə baxmayaraq səhhətində yaranmış problemlərlə əlaqəli namizədliyini İlham Əliyevin xeyrinə geri çəkmişdir.
Ulu Öndərimizin ritorikada istinad ediləcək bir çox müdrik fikriləri vardır: “Xalq dövlət üçün yox,dövlət xalq üçün olmalıdır.”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”, “Müstəqillik yolu qədər çətin yol yoxdur.” və s..
Ümumilli Lider Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində müalicə olunduğu Klivlend Klinikasında vəfat etmişdir.O, Bakıda 1-ci Fəxri xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əhədov Elvin Elnur oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki