image-55backend

Azərbaycanda bu vaksinin istifadə müddəti uzadıldı

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.

 

Veteninfo.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki