image-51backend

Azərbaycanın avtomobil bazarında satışlar azalıb

image-reklam_sirab_01

“Bu ilin noyabr ayında Azərbaycanın avtomobil bazarında oktyabr ayına nisbətən satışlarda 10 % azalma olub”.

Bu barədə “Report”a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

E.Cəfərov bildirib ki, bu tendensiya həm ilkin, həm də təkrar bazarda müşahidə edilib:

 

“Yeni avtomobillər almaqda vətəndaşlarımız çətinlik çəksə də, işlənmiş avtomobillər alınır”

 

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert

“Bu gün Azərbaycanın avtomobil bazarında vəziyyət stabildir. Qiymətlərdə kəskin enmə və ya yüksəliş müşahidə edilmir. Vətəndaşlarımızın alıcılıq qabiliyyətini orta səviyyədə qiymətləndirmək olar. Yeni avtomobillər almaqda vətəndaşlarımız çətinlik çəksə də, işlənmiş avtomobillər alınır. İqtisadiyyatın bu günkü dayanıqlığı və milli valyutamızın stabilliyi şərait yaradır ki, avtomobil bazarında da vəziyyət stabil qalsın”.

Ekspert qeyd edib ki, ötən ay satışların azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi demək deyil:

“Bu proses mövsümi xarakter daşıyır.. Alıcılar yeni mövsümə avtomobil tədarükünü əsasən avqust, sentyabr və oktyabr aylarında görürlər. Daha sonra noyabrda bir qədər durğunluq olur. Dekabrın sonuna doğru bir qədər fəallaşma yaşanır, daha sonra yeni mövsümlə əlaqədar yanvar-fevral aylarında vətəndaşların avtomobil almaq həvəsi daha da artır. Düşünürəm ki, martdan sonra yenə də avtomobillərə tələbat artacaq”.

Avtomobil alqı-satqısı ilə məşğul olan Dəyanət Şirəliyevin sözlərinə görə, avtomobil bazarında orta qiymətə olan maşınlara tələbat yoxdur:

“Bahalı maşınlar Badamdar bazarına çıxarılır. Ucuz maşınlar isə Sumqayıt bazarına aparılır. Sumqayıt bazarında əsasən 10 min manatdan ucuz olan maşınlardır. Ondan bahalıları isə Badamdara aparılır. Qəribədir ki, bazarda ya çox baha, ya da çox ucuz qiymətə olan avtomobillər satılır. Orta qiymətə olan maşınlar demək olar ki, satılmır. Badamdar bazarına çıxarılan maşınlar əsasən 2014-2015-ci illərin “Ford Fusion”, “Mercedes”, “Toyota” modelləridir. Bazara maşın çıxaran çoxdur, alan isə azdır. Satışların səviyyəsi çox aşağıdır. Bir də bazarda ABŞ-dan gətirilən maşınlar çoxdur. Onların əksəriyyəti qəzalı vəziyyətə düşmüş maşınlardır. Bəzi kosmetik dəyişikliklər edib onları bazara çıxarırlar”.

“Noyabr ayında qiymətlərdə elə bir dəyişiklik olmayıb”, – deyə müsahibimiz bildirib.

Qeyd edək ki, ölkədə avtomobil almaq istəyənlərin ən çox üz tutduğu bazarlar Bakının Badamdar qəsəbəsində, Sumqayıtda və Bərdədə yerləşən avtomobil bazarlarıdır. Bu bazarlarda əsasən ikinci əl avtomobillər satışa çıxarılır. Bundan əlavə alıcılar alqı-satqı saytlarından və ayrı-ayrı salonlardan da avtomobil seçməyə üstünlük verirlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki