Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri tam bərpa olunub.
Veteninfo.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
“Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra “Air Astana” aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib”, – komitədən bildirilib.
Qeyd edək ki, yanvarın 5-də Almatı şəhərində baş verən hadisələrə görə beynəlxalq hava limanı da fəaliyyətini dayandırmışdı.