Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.
Vətəninfo.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd kimi qalib gəlib. O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. Mixaylov FFR-ə 2009-cu ildən rəhbərlik edirdi.
Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.