Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.
Bu barədə Modern.az-a quruma istinadən xəbər verir.
Məlumatda deyilir ki, “Azəriqaz” İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.