image-92backend

“Azərsu” Macarıstan şirkəti ilə əməkdaşlıq memorandumu imzalaya bilər

image-reklam_sirab_01

Macarıstanın paytaxtı Budapeştdə Mərkəzi Avropada dayanıqlığa həsr olunmuş “Planet Budapeşt 2021” Sərgi və Sammiti keçirilir.

Vətəninfo.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə 30-dən çox ölkənin dövlət və hökumət başçıları, həmçinin BMT, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ərəb Ölkələri Liqası, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Meteorologiya Təşkilatının nümayəndələri, nüfuzlu şirkətlərin rəhbərləri iştirak edib.

“Azərsu”yun nümayəndələrinin də iştirak etdiyi tədbirdə müasir dünyada ekoloji vəziyyətin dəyişməsi, suya tələbatın artması, insanların təmiz su çatışmazlığı ilə üzləşməsi, ağıllı şəhərlər, dayanıqlı su təchizatı, tullantı sularının idarə olunması, pandemiyanın davamlı inkişafa təsirləri, enerji və nəqliyyat məsələləri, bu sahədə problemlər və onların həlli yolları müzakirə edilib, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılaraq növbəti illər üzrə fəaliyyət planı tərtib edilib.

Səfər çərçivəsində Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri, “Budapeşt Su İşləri”, “Macarıstan Su Qrupu”nun direktorları və digər şirkətlərin rəhbər şəxsləri ilə görüşlər keçirilib, su sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub, “Azərsu” ilə münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması məsələlərinə toxunulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image