image-ermenistanbackend

Bakı ilə İrəvanın mövqeləri yaxınlaşır-Mher Qriqoryan

image-reklam_sirab_01

Azərbaycan,Rusiya və Ermənistan, baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması məsələsi üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan TASS-a müsahibəsində deyib.

 

“Mən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qarşısının alınmasına yönəlmiş üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Əlbəttə, bu, çətin məsələdir, lakin deməliyəm ki, tərəflər sərhəd-gömrük nəzarəti, eləcə də vətəndaşların avtomobil və dəmir yolu ilə Ermənistan, Azərbaycan ərazisindən təhlükəsiz hərəkəti, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”-deyən Ermənistan baş nazirinin müavininin sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və onların sonrakı istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki