image-icra-hakimiyyeti-baki-696x522-2backend

Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə müraciət etdi

image-reklam_sirab_01

“Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində şənbə günü, mart ayının 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməcliyinin keçirilməsi qərara alınıb”.

Vətəninfo.az xəbər verir ki, bu fikirlər Bakı Şəhər İcra Hakimiyyətinin yaymış olduğu müraciətdə qeyd edilir. Müracitədə daha saonra deyilir:

-İməclik zamanı prospekt və küçələr, səki  kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri  görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına öz töhfəmizi vermiş olacağıq.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image