image-fcb5c8ee-5c53-3702-91da-7d89a2f0be47_850backend

Bakı yollarında vəziyyət necədir?

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzin məlumatını təqdim edirik:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Binəqədi şossesində – mərkəz – Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq

3. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər kənar yolda sıxlıq

4. Tbilisi prospektində, 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində Salamzadə körpüsü ilə kəsişməyədək sıxlıq

5. Rövşən Cəfərov küçəsində, 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda sıxlıq

6. Ziya Bünyadov prospektində – Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

7. Heydər Əliyev prospektində – Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda sıxlıq

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki