Suraxanı rayonunda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 22-də rayon ərazisindəki evlərin birindən 10.300 manat və sənədlər oğurlanması barədə polis bölməsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.