image-44backend

Bakıda narkotacirə hökm oxunub

image-reklam_sirab_01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Vətəninfo.az-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, 14 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt sakini Z.Məmmədov narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb.

Onun üzərindən 97 qram heroin, 101 qram metamfetamin, narkotik maddələrin satışı zamanı istifadə etdiyi plastik kart, yaşadığı evdən isə əlavə, 6 kiloqram 190 qram heroin, 1 kiloqram 144 qram tiryək, 3 kiloqram 70 qram metamfetamin, 946 qram marixuana, 200 ədəd “Metadon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Z.Məmmədov ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirdiyini etiraf edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image