image-05-2backend

Bakıda sanitar günü keçirildi

image-reklam_sirab_01

 

Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 4-ü səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı sanitar tədbirləri həyata keçirilib.

Gün ərzində şəhərin prospekt və küçələrin, səkilərin  kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası  həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Əminik ki, qalib ölkənin vətəndaşları olaraq yeni ili təmiz şəhərlə qarşılayacağıq.

 

               Bakı Şəhər İcra Hakimiyyəti  Mətbuat Xidməti

 

 

 

image-dsc_2557
????????????????????????????????????
image-dsc_2566
????????????????????????????????????
image-dsc_2545
????????????????????????????????????
image-dsc_2521
????????????????????????????????????
image-04-6
????????????????????????????????????
image-03-7
????????????????????????????????????
image-01-3
????????????????????????????????????
image-02-2
????????????????????????????????????

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki