image-24backend

Başı kəsilən hamilə, 60 dəfə bıçaqlanan qayınata, məhkəmədə qışqıran ər – AİLƏ FACİƏSİ

image-reklam_sirab_01

Rusiyada səs-küylü cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Vətəninfo.az  Rusiyz KİV-ə istinadən xəbər verir ki, hamilə arvadını və qayınatasını amansızcasına qətlə yetirən müttəhimə hökm oxunub.

Hadisə ötən ilin fevral ayında Perm şəhərində baş verib.

Müttəhim Şohnəzər Şosəfərovun işi Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi tərəfindən araşdırılıb.

Məlum olub ki, uzun müddət imiş ki, Şohnəzərlə həyat yoldaşı və onun qohumları arasında mübahisələr olurmuş. O, arvadının qohumlarına qarşı aqressiv münasibətdə olub.

Bir gün o, hamilə arvadı ilə yenidən mübahisə edib. Bu dəfə bıçağa əl ataraq arvadına zərbələr endirib, sonra onun başını kəsib.

Qatil bununla da kifayətlənməyib. Qayınatasını da “cəzalandırmaq” fikrinə düşüm. Qayınatası ilə küçədə rastlaşıb. Yaxınlaşan kimi ona çoxsaylı bıçaq zərbələri vurub.

 

Məhkəmə-tibb ekspertizası qayınatanın bədənində 60-a yaxın bıçaq xəsarətləri müəyyən ediblər.

Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə Ş.Şosəfərova ömürlük həbs cəzası verib.

Hökm elan edildikdən sonra təqsirləndirilən şəxs əsəbiləşib və belə bir cəza ilə razılaşmadığını deyərək qışqırmağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image