ABŞ-ın keçmiş prezidenti Co Bayden bildirib ki, əgər ABŞ dünya lideri statusunu itirərsə, onun yerini Rusiya və ya Çin tutacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı The Hill qəzeti yayıb.
Bayden deyib: “Əgər aparıcı güc olmağı dayandırsaq, yerimizi kim tutacaq – Rusiya, yoxsa Çin?”
Keçmiş prezident ABŞ-ın “bütün dünya qarşısında məsuliyyəti” olduğunu vurğulayaraq, ölkənin qlobal liderliyini qoruyub saxlamalı olduğunu qeyd edib.


























