image-reklam-veteninfo
image-1backend

Bələdiyyədə rüşvət qalmaqalı: 26 nəfər həbs edilib

image-reklam-veteninfo

İzmirin Buca bələdiyyəsində rüşvət iddiaları ilə bağlı aparılan əməliyyat çərçivəsində saxlanılan 26 şübhəli barəsində həbs qərarı verilib. Şübhəlilər istintaq tədbirlərindən sonra ədliyyəyə göndəriliblər.

Vətəninfo.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən Buca bələdiyyəsində rüşvət faktları ilə əlaqədar araşdırmalar davam etdirilir. İstintaq çərçivəsində Vilayət Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən 26 nəfər saxlanılıb. Saxlanılan şəxslər polis idarəsində aparılan istintaqdan sonra məhkəməyə təhvil verilib.

Hazırda xaricdə olduğu bildirilən daha iki şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstintaq materiallarına əsasən, ümumilikdə 28 şübhəli barəsində həbs qərarı çıxarılıb. Onların bələdiyyə daxilində qanunsuz tikinti işləri və müxtəlif planlaşdırma icazələrinin verilməsi qarşılığında rüşvət aldıqları, qaydalara zidd şəkildə sənədləşmə apararaq şəxsi mənfəət əldə etdikləri iddia olunur.

Qeyd edək ki, sözügedən əməliyyat fevralın 5-də İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib və əməliyyat zamanı 26 şübhəli saxlanılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki