image-vusal-quliyev-veteninfo-azbackend

“Birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları arasında heç bir fərq qoyulmamlıdır!” – Vüsal Quliyev

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, toplantıda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri, Bakı şəhərinin 12 rayonu, eləcə də Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı rayon icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Bakı Gənclər Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra tədbirin moderatoru Elnur Bağırlı konfransı açıq elan edərək, tədbirin proqramı haqqında məlumat verib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışıb. O bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşıb:

“Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir”.

Həmçinin çıxışı zamanı Vüsal Quliyev qeyd edib ki, dövlət şəhid ailələri, Qarabağ qaziləri və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı ilə yanaşır. Lakin bir çox orqanlar, xüsusilə də rayon icra hakimiyyəti orqanları bu məsələdə ayrı-seçkilik edirlər. Bu isə yolverilməzdir.

“Birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları arasında heç bir fərq qoyulmamlıdır!”, – deyə Vüsal Quliyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki