Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək. Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi. Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Vətəninfo.az xəbər verir ki, Laçın şəhəri ilə yanaşı qeyd olunan kəndlərin Azərbaycana qaytarılacağı ilə bağlı Paşinyanın açıqlamasından sonra,Ermənistanda müxalifət hər vəclə prosesləri sabotaj etməyə çalışır. Ermənistan müxalifətinin nəzarətində olan media orqanlarının sualların cavablandıran Ermənistan parlamentinin “Mülki müqavilə”fraksiyasının üzvü,eyni zamanda parlamentin Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan bildirib ki, o baş nazir Nikol Paşinyanın açıqlaması ilə şərikdir.
Andranik Köçəryan ilkin olaraq Erməniastan daxilindəki qarşıdurmalara toxunaraq bildirib ki,narahat bir dünyada Ermənistanın qarşısına qoyduğu problemləri aydın təsəvvür edə bilməsi üçün ilk növbədə ölkədə həmrəylik lazımdır. Deputatı baş nazir Nikol Paşinyanın sözlərini xatırladaraq bildirib ki, hazırda müharibə təhlükəsi yoxdur: “Hazırda biz sərhəddə hər hansı bir gərginlik mənbəyi görmürük, lakin biz həmişə bütün hərəkətlərimizlə və bütün islahatlarımızla belə sürətli və təsirli addımlar atmalıyıq ki, 44- günlük müharibədən sonra mövcud olan itkilərimiz aydın şəkildə bərpa olunsun”. Jurnalistin “ LaçınAzərbaycana verilməsə, müharibə başlaya bilərmi” sualına Andranik Köçəryan cavabı belə olub: “Biz hər şeyi etməliyik ki, müharibə başlamasın. Davamlı müharibədən danışırsan, müharibəyə yaxınlaşırsan. Mən çox yaxşı başa düşürəm ki, niyə o sualı verirsən.Gəl belə edək ki, sülh olsun, xalqımıza sülh lazımdır, yaraların sağalması üçün. Biz laçını təhvil vermirik. Amma siz xidmət etdiyin keçmiş rəhbərlərə belə bir sual verə bilərsiniz”.