image-reklam-veteninfo
image-1backend

 Bloomberg: İran ayda 50 ballistik raket istehsal etmək imkanını qoruyub saxlayır

image-reklam-veteninfo

ABŞ və İsrailin hərbi zərbələrinə baxmayaraq, İran ayda təxminən 50 ballistik raket istehsal etmək imkanını qoruyub saxlayır.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hərbi kəşfiyyat hesabatları ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İranın hazırkı raket istehsalı müharibədən əvvəlki göstəricinin təxminən yarısına bərabərdir. Mənbə, həmçinin ölkənin hazırda ən azı 1700 ballistik raketə malik olduğunu bildirib.

Agentlik qeyd edir ki, bu qiymətləndirmələr Vaşinqtonun İranın raket proqramına ciddi zərbə vurulduğu barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, ABŞ-nin müdafiə naziri Pit Heqset daha əvvəl ABŞ və İsrailin zərbələri nəticəsində İranın nüvə və müdafiə sənayesi infrastrukturunun 80 faizdən çoxunun məhv edildiyini açıqlamışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki