image-fff3ce0e-f42e-3d3b-8e7f-f3bb3b5de282_850-jfifbackend

BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb.

Veteninfo-nun xəbərinə görə, Abdulla Şahid bu barədə tviter hesabında yazıb.

“Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, – A.Şahid qeyd edib.

Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur Məmmədova, habelə beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki