Vətəninfo.az xəbər verir ki, dünən Britaniyanın daxili işlər naziri İvet Kuper İranı təhlükəsizliyə təhdid adlandırıb. Kuper Britaniyada casusluq və zorakılıq aktları törətməkdə ittiham olunaraq həbs edilən İran vətəndaşları barədə istintaq işlərinin aparıldığını deyib.
Onun sözlərinə görə, İran Britaniyanın milli təhlükəsizliyi üçün qəbuledilməz təhdid yaradır və bu cür davranışlara yol verilməyəcək.