image-img-20221122-wa0098backend

Bu gün Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi.

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən şərəfli səhifəsidir. Partiya yarandığı gündən müstəqil Azərbaycanın yüksəlişinə və qüdrətlənməsinə milsilsiz töhfələrini verib.
30 il ərzində Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib.
Bu gün qalib xalqımızın zəfər partiyası kimi cəmiyyətimizin əsas və ən fəal qüvvələrini özündə birləşdirən YAP cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır. Müzəffər Ali Baş Komandan, Partiyanın sədri İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun şücayəti sayəsində tariximizə yeni bir səlnamə -Zəfər səlnaməsi yazıldı. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan tarixi torpaqlarımız düşmən tapdağından azad oldu, xalqımızın torpaq həsrətinə son qoyuldu. Bu tarixi qələbənin qazanılmasında 800 min fəalı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır.
44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə ölkəmizdə milli birliyimizin, həmrəyliyimizin əbədi olduğunu nümayiş etdirdi. Ölkə başçımızın həmrəylik rəmzinə çevrilən “Biz birlikdə güclüyük!” çağırışı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrildi.
Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi, vahid hədəf uğrunda birlikdə mübarizə aparmaları milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə 21.11.2022-ci il tarixdə keçirilən tədbirdə çıxış edən İlham Əliyevin dediyi kimi “Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi – Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.”
Bu gün Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. “Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi.

Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.”-bu fikirləri yubiley tədbirində çıxışı zamanı cənab Prezident söyləyib.

Məhi Mehtiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri
İctimai Birliyinin Nizami rayon filialının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image