image-17backend

Bu gün liderlərin Soçidə üçtərəfli görüşü keçiriləcək

image-reklam_sirab_01

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş keçiriləcək. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.

 

Veteninfo.az-ın xəbərinə görə bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, görüşdə tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.

 

Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində də İlham Əliyev və Nikol Paşinyan bir araya gələcəklər. Tərəflər həmin görüşə artıq razılıq veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image