Xəzər dənizində üzən gəmilərin heyət üzvləri üçün yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması 25 manat, Xəzər dənizindən kənarda üzən gəmilərin heyəti üçün isə 25 ABŞ dollarıdır.
Vətəninfo.az xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli qərarı ilə dəniz nəqliyyatında çalışan üzən heyətin yemək xərcləri üçün ayrıca norma müəyyən edilib.
Belə ki, müəssisələr hər işçi üzrə faktiki çəkdikləri yemək xərclərini müəyyən edilmiş gündəlik limit daxilində gəlirdən çıxmaq hüququna malikdirlər.
Məsələn, Xəzər dənizində üzən gəminin 10 nəfərlik heyətinin hər biri ay ərzində 20 gün dənizdə olubsa, həmin ay üçün gəlirdən çıxıla bilən yemək xərcinin məbləği 5 min manat təşkil edir.
Hesablama 10 işçi × 20 gün × 25 manat olmaqla aparılır.
Müəssisə faktiki olaraq 6 min manat xərc çəksə belə, vergitutma məqsədləri üçün yalnız 5 min manat gəlirdən çıxıla bilər.


























