image-af2ef33b-3724-3710-b053-702bd85887e9_850backend

“Buta Airways” Xarkova uçuşlara başlayır

image-reklam_sirab_01

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli aviaşirkəti bu ilin may ayından Ukraynanın Xarkov şəhərinə xüsusi uçuşlar yerinə yetirəcək.

Bu barədə Veteninfo.az-a aviaşirkətdən bildirilib.

Məlumata görə, uçuşlar mayın 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportundan, həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin, mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys – (şənbə günləri) əlavə olunur.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək olar. Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Bakıdakı hava limanının 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Ukraynaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.butaairways.az/az/covid/ukraine.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan. Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir.

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki