image-resid-heyderovbackend

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

image-reklam_sirab_01

44 günlük Zəfərimizdən sonra dünya mediasının Azərbaycan Respublikasının Ali Baş Komandanı, tarixi zəfərin müəllifi və xalqın qəhrəmanı cənab İlham Əliyevdən müsahibə almağın marağında, arzusundadır.
Belə müsahibələrdən biri də İspaniyanın “El Pais” qəzetinə müsahibədir ki, Prezident İlham Əliyev bölgədəki son vəziyyətdən, rəsmi İrəvanın mövcud qeyri-sabit siyasi davranışlarından bəhs etmişdir.
Ali Baş Komandan müsahibəsində Ermənistanın sülh danışıqlarından qaçdığını, rəsmi İrəvanın sülh danışıqlarına heç bir cavab vermədiyini və bununla da onların sülh istəmədiyini göstərdiyini, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından birinin də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacağını və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyini vurğulamışdır. Çıxışda qeyd olunur: “Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər”
Digər tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir.
Baxmayaraq ki, uzun illər ərzində bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər ancaq Azərbaycanın mövqeyi hər zaman olduğu kimi açıq-aydındır. Ölkəmiz sülh istəyir, biz müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir və rəsmi İrəvanın bundan başqa alternativ seçimi yoxdur.
Ümumilikdə Azərbaycanın beynəlxalq imicinə və mövcud iqtisadi-sosial vəziyyətinə nəzər saldıqda iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlərin görülməsi, Azərbaycan neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb olunması, ölkəmizin günü-gündən güclənməsinə və beynəlxalq nüfuzunun artmasına gətirib çıxaracaqdır. .Bu isə özlüyündə regionda Azərbaycanın qüdrətinin artmasına və rəsmi İrəvanın bu qüdrəti qəbul edərək artıq sülhə tərəfdar çıxmasına səbəb olacaqdır. Çünki vətəndaşlara, heç bir xalqa, millətə sülhdən qaçan, insan ölümlərini dəstəkləyən idaəetmə deyil, xalqının rifahını düşünən rəhbər lazımdır.

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəşid Heydərov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki