image-photo-2021-12-20-08-46-39backend

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qaranağı Azərnaycanın ayrılmaz hissəsi kimi tanıyır.

image-reklam_sirab_01

İlk olaraq, Azərbaycanın tarixinə nəzər salaq. Azərbaycan çox geniş əraziyə malik olub. Hələ Hülakilər dövləti qurulduqda Azərbaycanın müasir şimali və cənubi Azərbaycan olmaqla 250 min kvadrat km ərazisi vardı. Nəinki Qarabağ, hətta ermənilərin torpağımız deyib üstündə gəzdiyi İrəvan da bu əraziyə daxil idi. Bu ərazi işğala məruz qalaraq 1813-cü ilə gəlib çatdı. Bəxtiyar Vahabzadə öz poemasında “ifritə” adlandırdığı Gülüstan müqaviləsi məhz bu ildə imzalanmışdı. İki qardaş adlandırdığımız şimali və canubi Azərbaycan iki işğalçı dövlət tərəfindən bir-birindən ayrıldı. Və bu günümüzdə də aktual olan Türkmənçay meqaviləsinin maddələri bunu bir daha təsdiq etdi. Azərbaycan belə faciəli günlərdən keçib öz cümhuriyyətini, Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Ərazisi şimali Azərbaycanı əhatə etməklə Qarabağ da daxil bir çox dövlətlər tərəfindən tanındı. Lakin böyük dövlətlər hələ də gözünü Azərbaycan torpaqlarından çəkmirdi. Atatürkün razılığı ilə 1918-ci il mayın 29-da İrəvan ermənilərə verildi. Və bununla gözü doymayan xain millət olan ermənilər torpaqlarımıza ayaq açdı. Bizə dost görünüb “Xocalı” , “ 20 Yanvar” kimi faciələr törətdilər. Bununla kifayətlənmədilər Qarabağ və ətraf ərazilərini işğal etdilər. Halbuki, Azərbaycan Respublikası qurulduqda Qarabağ Azərbaycanın ərazisi kimi bir daha təsdiq edilmişdi. Buna baxmayaraq böyük düvlətlər buna göz yumdu. Ədalətdən danışan bütün dünya susdu. Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra bu yöndə bir çox islahatlar keçirdi. Dəfələrlə diplomatik danışıqlar etdi. Bir növ ermənilərin törətdikləri faciələri,işğalları dünya ekranına çıxartdı . Belə bir sual ortaya çıxır. Bizim yanımızda kim olacaqdı? 1918-ci ildə neftimizi ələ keçirmək üçün Rusiya ilə gizli saziş bağlayan Almanıyamı? Şimali Azərbaycanı mütəmləkəsi edən Rusiyamı? Türklərə soyqırım törədən Fransamı? Yoxsa iqtisadi məqsəd güdən Amerikamı? Təbii ki, Heç biri.
Amma bu gün qürur və sevinc hissi ilə demək istəyirəm ki, Qarabağ işğalçılardan azad olundu! Təbii ki, başda İlham Əliyev olmaqla şəhidlərimiz və qazilərimizin sayəsində. Düzdür, başda buna qarşı çıxan dövlətlər oldu. Lakin İlham Əliyev öz diplomatik bacarığı ilə onları susdurdu. Bir növ tarixi unudanlara tarixi xatırlatdı. Və “10 noyabr” müqaviləsində Qarabağın Azərbaycanın ərazisi olması bir daha təstiq edildi. Vətən müharibəsinin sayəsində artıq bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ümumilli lider Heydər Əliyevin bir kəlamı var. “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Qeybaliyeva Rəhiməxanım Xəzər Universiteti

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki