image-nizameddin-agcayev-1backend

Cənab Prezidentimizin hər bir nitqi, cavabı tarixi gerçəklik, siyasi cəhətdən vacib məqamdır.

image-reklam_sirab_01

2020-ci il sntyabrin 27-dən bu günə qədər davam edən bu qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidenti-Müzəffər Ali baş komandanımız İlham Əliyevin müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadağımız qürur tariximizin özü qədər tarixidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi-siyasi müstəvidə ordumuzun və diplomatiyanın yolunu açır. Onun irəliyə doğru hərəkət etməsi üçün bu müəddəs yolu minalardan, tələlərdən təmizləyir. Beləliklə, milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını müəyyən edir. Həm də bunu təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil, dünya diplomatiya tarixinə yazılacaq səviyyədə edir.
Sonuncu belə nümunə Prezident İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədir. Müxbirin hər bir sualına səbir, təmkin və iti siyasi-diplomatik zəka ilə cavab verən Prezidentimiz bu dəfə də mükəmməl kombinasiyaları ilə ölkəmizin dünya arenasında yüksək səviyyədə tanınmasına nail oldu. Çünki onun cavabları dosta da, düşmənə də ismarıcdır. Prezidentin hər çıxışında vurğuladığı kimi bu dəfəki müsahibəsində də Azərbaycanla bağlı məsələlər bütün dünyada müzakirə olunur və “ölkəmizin haqq işini bütün dövlətlər dəstəkləyir” deməsi əslində siyasi mesajdır.
Müəyyən dövlətlər, siyasi təşkilatlar Azərbaycanın haqq işinə kölgə salmağa çalışsa da Azərbaycan Prezidenti bu dövlətlərə beynəlxalq hüquqa əsaslanan adekvat cavablar verir.
Cənab Prezidentin “El Pais” qəzetində müsahibəsində də Ermənistanın əslində haqq işimizə kölgə salmaq istəyi, qisas almaq cəhdlərindən vaz keçməməsi, sabitliyi pozmaq cəhdləri xüsusilə vurğulanır. Çünki ikinci Qarabağ müharibəsi onlar üçün ağrılı məğlubiyyət, otuz ildir davam edən “yenilməz ordu”, əsgər və komandirlərin “yenilməz cəsarəti” mifologiyasını məhv edən tarixi proses oldu. Bu o prosesdir ki, 44 gün davam etdi, ordumuzun tamamilə məhv etdiyi, kapitulyasiya aktına imza atmağa məcbur olmuş siyasi spektrdə revanşizm əlamətləri görünən bir ölkəyə çevrilən düşmənlə qarşı-qarşıya qoydu bizi. Təbii ki, bu cür məğlubiyyətə düçar olmuş xalq, ölkə hərbi təxribatlar törətməyə, sabitliyə kölgə salmağa çalışacaq, öz məkrli niyyətini müəyyən məqamlarda göstərəcək. Lakin bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaq. Çünki Azərbaycan sülhün tərəfdarıdır, bütün təhlükələr dərhal aradan qaldırılacaqdır.
Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində də görüşlərin davam etdiyi bir məqamda ən ümdə məsələlər kommunikasiyaların açılması ilə bağlı danışıqlardır. Zəngəzur dəhlizinin hüquqi rejimi, Bakıdan Naxcıvana uçan təyyarələrin artıq Ermənistan hava məkanından keçməyə başlaması əldə olunmuş nailiyyətlər sırasındadır. Eyni zamanda müsahibə əsnasında Rusiya və Avropa İttifaqının əsas beynəlxalq oyunçular olması, münasibətlərin normallaşması üçün onların səylərinin müsbət nəticə verə biləcəyini, prosesə bir mənalı dəstək nümayiş etdirəcəyinə inandığını cənab Prezident vurğulayıb.
30 il ərzində işğal olunmuş ərazilərimizə edilən soyqırım cəhdləri, şəhər və kəndlərimizin dağıdılması minlərlə xarici jurnalist tərəfindən izlənilib. Bu gün Ağdam mövcud deyil, tamamilə yerlə yeksan edilib. Lakin Azərbaycan bu gün yüksək səviyyədə iqtisadiyyatı, abadlaşma və quruculuq işləri çərçivəsində sürətlə ərazilərimizdə bərpa və yenidənqurma işləri aparır.
İqtisadiyyatımız şaxələnir, sürətlə inkişaf edir. XXI əsrin ən mühüm infrastruktur layihələri gerçəkləşir. Cari ildə Avropa İttifaqına 7 milyarddan çox təbii qazın ixracı artan iqtisadi qüdrətin göstəricisidir.
XXI əsrin müharibəsini aparan bir ölkə kimi beynəlxalq dəyərləndirməyə sahib bir ölkə təkcə dronlarda deyil, həm də dəqiq kəşfiyyat işləri apararaq qələbə qazanan bir ölkəyik. Eyni zamanda ölkəmizin hərbi təcrübəsinə artan maraq, bu təcrübəni öyrənmə istəyən ölkələrin sayının artması da diqqətdən qaçılmazdır. Bu da onun sübutudur ki, bizim qələbəmiz hər kəsin diqqətində idi. Hərbi güc, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu.
Sonda onu vurğulamaq istərdik ki, hər bir müsahibə, hər bir diplomatik görüş yüksək peşəkarlıq, dəqiq və dolğun mühakimələr böyük ismarıclarla zəngindir. Cənab prezidentimizin hər bir nitqi, cavabı tarixi gerçəklik, siyasi cəhətdən vacib məqamdır.

Suraxanı rayonu, Etibar Səfərov adına 118 nömrəli
tam orta məktəbin direktoru Nizaməddin Ağcayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki