image-img-20220528-wa0039backend

Çevik polis əməkaşının anası prezidentə MÜRACİƏT ETDİ

image-reklam_sirab_01

Vətəninfo.az-a müraciət edən Daxili İşlər nazirliyinin Çevik Polis Alayının əmıkdaşı Vaqif Rövşən oğlu Novruzovun anası Nübar Novruzov bildirib ki,oğlu Vaqif Novruzov 05.11.2022-ci ildə Sabunçu rayon Nardaran qəsəbəsi ərazisində xidmət etdiyi əraziyə gedən zaman,şəxsi avtomobili ilə avtomobil qəzası keçirib.

Hadisə ərazidəki 6-cı stasionar postunda baş verib və hadisə zamanı posta xidmət edən Daxili Qişinların Müddətdən artıq xidmət edən əməkdaşı Rövşən Ayaz oğlu Alxasov  ağır yaralanıb və təcili olaraq xəstxanaya yerləşdirilsə də,o 3 gün sonra dünyasın dəyişib.

Nübar Novruzovanın redaksiyamıza təqdim etdiyi müraciəti olduğu kimi təüdim edirik:

 

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev Cənablarına,
Surəti: Azərbaycan Respublikasının Baş Nazirinə;
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov Cənablarına;
Surəti: Azərbaycan Respubilkasının Baş Prokroruna;
Surəti: Azərbaycan Respubilkasının Ədliyə cənab Naziri Fikrət Məmmədova;
Surəti: Azərbaycan Respubilkasının Milli Məclisinin Sədri Sahibə xanım Qafarovaya;
Bakı Ağır Cinayətlər Məhkəməsinin Hakimi Cənab Sabuhi Hüseynova

CM.nin 263-1.3 maddəsi ilə təqsirli bilinən
Vaqif Novruzovun anasının

MÜRACİƏT

Möhtərəm  Cənab prezident
Oğlum Vaqif Novruzovun AR CM-nin 263-1.3 maddəsi ilə təqsirləndirilməsi ilə bağlı  aparılmış 210050966 saylı cinayət işinin materiallarla tanış olarkən məlum olmuşdur ki, cinayət işi tam, hərtərəfli və obyektiv araşdırılmamışdır və prosesual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də  hesab edirəm ki, ittiham prokrorunun oğlum barəsində cəza tələbi, Azərbaycan dövlətinin həyata keçirdiyi hümanizm pirinsiplərinə ziddir və ədalətsiz ittihamdır. Belə ki, oğlum Cəmiyyət üçün təhlükəli şəxs deyil və o dövlətimiz nəqədər maddi məsrəflər xərcləyərək onu  xədmətdə saxlayır. Eyni zamanda azyaşlı övladı, anası və ailə üzvləri oğlumun himayəmdədir.

Cənab prezident oğlum V.Novruzov əvvəllər məhkum edilməyib vəcinayətkar deyil. Ümümilikdə isə ittiham edilsə də özünü cinayətkar hesab etmir.
Belə ki, Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, insan haqları, onların hüquq və azadlıqları Azərbaycan dövlətinin əsas pirinsiplərindən biridir. Bu səbəbdəndə o, Azərbaycan Respublikasına sədaqətli DİN-nin ÇPA-nın polis əməkdaşı kimi dövlətimizin ona verdiyi hüquq və vasitələrdən, eləcədə özünü müdafiə hüququmdan istifadə edərək hüquqlarının bərpasını Məhkəmədən Xahiş edib.
Əvvəla bir mənalı olaraq qeyd edim ki, ilkin izahatında guya avtomobilin idarə edilməsi və hadisə zamanı yoxulu və ya sükanda yatdığı barədə olan fikirlərdən o imtina edib! Çünkü ona bu fikirlər məhkəmə prosesi zamanı məlum olub, vəkilin diktəsi ilə izahatı oxumadan imzalayıb, eləcədə şablon qeyidlər yazıb. Təyin edilmiş vəkilinin səmimiyyətinə inanmış və onun iştirakı ilə yazılan sənədlərdə oğlumun ziyanına fikirlərin olmadığını bildirdiyi üçün imzalayıb. İzahatın imzalanma vaxtı orda iştirak edən subyektlərə sənədləri oxumadan və tanış olmadan imzaladığını irad kimi bildirib.
Eyni zamanda oxumadan formal imzaladığı həmin izahatda guya onun yuxulu olduğu haqqqında qeyd edilmiş fikirlər tamami ilə həqiqətə uyğun deyil, YALANDIR və həmin hadisənin real vəziyyətini əks etdirmir. Belə ki, həmin gün yəni iş vaxtı oğlum yuxulu və ya mürgülü ola bilməzdi, bu bir mənalı olaraq aksiyomadır. İttiham atkında Vaqif Novruzovun öz etirafına isdinad edilərək guya, cinayət əməlində özünü təqsirli bilməsi fikiri ilə razı deyiləm. Eyni zamanda həmin hadisə anını sözlə ifadə etmək çətindir. Belə ki, bu təsadüfü hadisədə Rövşən Alxasovun vəfatında bəhanə Vaqif Novruzovdursa, Səbəbkar başqadır. Bəli, bəhanə Vaqif Novruzovdur, lakin SƏBƏBKAR Allahın Qədəridir.
Həmçinin, səhər  tezdən işə vaxtında çatıb. Belə ki, səhər idmanını edib, sıra düzülüşündə dayanıb xidməti təlimatı alaraq, xidməti silahını qəbul edib, xidməti postu təhvil almağa gedərkən hadisə olmuşdur. Belə şəraitdə oğlumun yuxulu olmağı və mürgüləməyi həqiqətə uyğun deyildir. Onun  xidmət zamanı yuxulu olmağı mümkünsüzdür. Həmçinin cinayət işi üzrə hadisənin şahidləri və həmin vaxt xidmətdə olmuş AR-nin DİN-nin Çevik Polis Alayının 8-ci rotasının serjantları Səmədov Samir Şakir oğlu (tel:070-524-00-00), və Yusubov Sural Ələsgər oğlu (055-331-03-03) dindirilməmiş və izahatları ittiham atkına əlavə edilməmişdir.. Bu şəxslər dindirilsəydi Vaqif Novruzovun həmin hadisə anı yaranmış vəiyyətdən yayınmaq üçün texniki imkanının olmadığı və yaranmış şəraitin qarşısı alınmaz proses kimi Rövşən Ayaz oğlu Alxasovu vurmaqla ölümündə təqsiri olmadığı tam müəyyən olunacağıdır.
Eyni zamanda barəsində 28 mart tarixində qəbul edilmiş ittiham atkını 20 may 2022-ci ildə poçt vastəsi ilə alıb. İttiham aktını Sabunçu rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru tərtib etmişdir. Lakin Stajor təcrübəni insan taleyi üzərində belə qeyri peşəkar formada qurulmuş söz yığımı ilə məhdudlaşdıra bilməz. Belə ki, ən ali qanunlarımızda belə qeyd edilmişdir ki, vətəndaşın razılığı olmadan heç bir şəxsin üzərində elmi və başqa təcrübə aparıla bilməz.
Bununla yanaşı, Ulu öndərimiz Heydər Əliyev tərəfinden 1998-ci il Azərbaycan Respublikasında ölüm hökmü ləğv edilmişdir. Bu qərar Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizdə tarixi hadisə olmaqla bərabər cinayət-hüquq və məhkəmə-hüquq siyasətində humanizm pirinsiplərinin ən ali nümunəsidir. Bu humanizm cinayət-hüquq siyasəti nəticəsində Prezident İlham Əliyev cənabları ölkəmizin əlamətdar günlərində nəqədər vətəndaşları əfv edir və cəzalarından azad edir. Hətta dövləti cinayətlərdə təqsirli bilinən və dövlət çevrilişlərinə cəhd etmiş şəxslərində cəzadan azad edilməsi təcrübəsi ölkəmizin hüquq siyasətində humanizm pirinsiplərinə sadiqliyin bariz nümunəsi hesab edilir.

image-img-20220528-wa0045

(Hadisənin baş verdiyi ərazi)

 

Möhtərəm Prezident
Məlumat üçün bildirirəm ki, oğlum Novruzov Vaqif Rövşan oğlu AR-nin DİN-nin CPA-nın polis serjanti kimi Sabunçu rayon ərazisində xidmət fəaliyətini həyata keçirib. Hadisə zamanı postu təhvil almağa gedərkən xidməti ərazidə hadisə olmuşdur. Rəhmətlik Rövşən Alxasovla eyni ərazidə xidməti fəaliyyət həyata keçirmişdir. Eyni ərazidə xidməti fəaliyyətdə olsaqda Rövşən Alxasovla heç bir tanışlığı, ünsiyəti və ya düşmənçiliyi, ədavəti olmamışdır. Hadisə zamanı dərhal ona ilk yardım göstərən şəxs elə oğlum olmuşdur. Polis əməkdaşlarını köməyə çağırmış, Təcili Tibbi Yardıma zəng edərək, xəstaxanaya yerləşdirmişdir.
Qeyd edilən hərəkətlərlə yanaşı, hadisə zamani, Rövşan Alxasovun xəsarət aldığı zaman, hadisədən yayınmamış, qaçmamış, ona hər cür tibbi yardım göstərməyə çalışmışdır. Həmçinin xəstəxanaya yerləşdirmək, onun bütün dərman va tibbi personalın cəlb olunması doğmaları tərəfindən təmin edilmişdir. Xəstəxanada qaldığı müddətdə bütün tibbi ehtiyyaclar və məsrəflər qohumlarımız tərəfindən təşkil edilib.
Məlum olduğu kimi o Rövşən Alxasova həyatda qalması üçün bacardığı bütün maddi və mənəvi köməklik göstərmiş, ona biganə və laqeyd qalmamışdır.

image-img-20220528-wa0044(Hadisənin baş verdiyi post)

Bu səbəbdən də barəsində CM-nin 263-1.3 maddəsi ilə ittiham edilməyi ədalətsizlikdir. Beləliklə, sürücülük vəsiqəsinin olmaması inzibati məsuliyyət yarada bilər.Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə, cinayət-hüquq siyasətinin liberallaşdırılması əsas tələb kimi qarşıya qoyulur. Bu məqsədlə alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən şəxslərə şamil edilməlidir.
Eyni zamanda dövlətimizin hüquq siyasətində humanistlik prinsiplərinin qorunması, cəmiyyətdən təcrid etmə ilə nəticələnən cinayət hadisələri ilə əlaqədar aparılan istintaq araşdırmalarına xüsusi diqqət yetirilməsi tələb olunur. Həmçinin dövlət siyasətimizin prorutet istiqamətində istintaq və məhkəmə orqanlarına tövsiyə edilir ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən cəzalar ədalət prinsiplərinə və hümanizm tələblərinə uyğunlaşdırılsın.
Hesab edirəm ki, oğlumun sürücülük vəsiqəmin olmamasına baxmayaraq, DIN-nin xüsusi tayinatlılarında xidməti zamanı təşkil edilmiş təlimlərdə bütün avtomobilləri idarə etmək vərdiş və bacarığına yiyələnmişdir. Eyni zamanda, oğlum bütün növ avtomobilləri həttda ekstremal şəraitdə belə idarə etmək üçün xususi bacarığa yiyələnmiş Çevik Polis Əməkdaşıdır. Düzdür, rəsmi sürücülük vəsiqəsi olmasada ən peşakar sürücüdən yaxşı avtomobil idarə edə bilir. Lakin sürücülük vasiqəsi bu məsələdə formal xarakter daşiyir.
Belə ki, Hadisə yerinin görüntüsü olarsa tam şəffaf formada məlum olar ki, Vaqif Novruzov hadisədə mümkün ola bilən bütün hərəkətlərə əməl etmişdir. Nəticədə məlum hadisədən yayınmaq mümkünsüz olmuşdur.
Lakin kreditə götürülmüş avtomobilǝ mülkiyyət hüququm olmuşdur. Bununla yanaşı xidməti zərurətlə əlaqədar asudə vaxtında, yəni məzuniyyət vaxtı sürücülük kurslarına yazılıb sürücülük vəsiqəsi alacağını planlaşdırmışdı.

Möhtərəm Prezident!
Bu müddət ərzində dəfələrlə müxtəlif vaxtlarda Rövşon Alxasovun hüzur mərasimində iştirak etmək və ailəsinə təsəlli vermak üçün getmişik. Yas mərasiminin təşkili üçün 3000 manat pul qohumlarımız tərəfindən mərhumun qohumlarına verilmişdir. Hüzur zamanı 2100 manat yenə əlavə mərhumun qohumlarına ödənilmişdir. Bununla yanaşı imkanımız daxilində yenə maddi dəstək göstərməyə hazır olduğumuzu bildirmişik. Həmçinin, illərdir ki, mən hər ay banklara 540 manat pul ödəyirəm.

image-img-20220528-wa0043
Möhtərəm Prezident!
Eyni zamanda oğlum Vaqif Novruzov Spirtli içki, zərərli vərdişlərdən uzaq olan və fiziki cəhətdən sağlam şəxsdir. Gənc yaşlarımdan ailəmiz onun himayəmdə olub.
Lakin ittiham prokrorunun cəza tələbi insan layaqətinə, bütövlükdə insan hüquqları ideyasına ziddir. Hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq həmin tələbi qeyri-insani və faşizmi düşüncəsinin amansız təfəkkürü kimi qiymətləndirirəm.
Eyni zamanda, istintaq materiallarında hadisənin real şəraiti düzgün şərh edilməmiş və nəticədə qeyri-obyektiv fikir formalaşmışdır. Bununla yanaşı istintaq hadisəni özündə əks etdirən Bakı şəhər təhlükəsizlik kamerasından görüntüləri vaxtında əldə etmiş olsaydı bir daha Vaqif Novruzovun əməlində cinayət tərkibi olmadığını tam müəyyən ediləcəkdir.
Qərarda əsas dövlətin hümanizm siyasətinin mühüm prinsipləri əks edilməlidir.
QANUNU YAZAN DA İNSAN ƏLİDİR,
QANUN REALLIĞI ƏKS ETDİRMƏYƏNDƏ,
ONU O, ƏLLƏR DƏ DƏYİŞMƏLİDİR !
Adət-ənənə qanun deyil, qanun qədər dəyərli və qanun qədər keçərlidir. Qanun insan, vətəndaş rifahına xidmat etməlidir. İnsan və vətəndaş rifahına xidmət etməyən qanunu isə bütün klassiklərimiz, dövlət və siyasət xadimləri əsassız hesab etmişlər.
Cinayət-huquq siyasətinin humanistləşdirilməsi Azərbaycan xalqının çox əsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizin tərəqqisini nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır. Beləliklə, ölkəmizin cinayət-hüquq siyasətinin təhlili, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallar bu cinayət işinin xətim edilməsinin əsası hesab etmək olar.
Belə ki, ittiham atkından da məlum olur ki, bu cinayət işi 15 mart 2022-ci il tarixədək dayandırılmış və yenidən təzələnmişdir. Eyni zamanda Vaqif Novruzovun təqsiri ilə əlaqəli qeyd edilmiş 23.02.2022-ci il tarixli 8/322 saylı məhkəmə yol nəqliyat hadisəsinin rəyi obyektiv verilməmişdir. Belə ki, hadisə yerinin baxış pratokolundan görünür ki, həmin ərazidə stasianar postun olmuş, üç ədəd beton maniələrin mövcuddur, eləcə də həmin ərazidə yol şəraitinin məhdudluğu hadisədən yayınmağın mümkünsüz olduğuna əsas verir.
Həmçinin ekspert rəyi formal xarakterlidir. Belə ki, rəydə ən sadə riyazi metod və real məntiq tətbiq edilməmiş,
yəni, v=S/T ; (Sürət = qət edilən məsafə : Zaman)
surət məlumdur 30-40,
S qətedilən məsafə
T həmin məsafəni qət etmək üçün sərf edilən zaman müəyyənləşdirilməmişdir.
Bu səbəbdəndə rəydə hadisə yerinin real şəraiti, reliyefi və qurluşu təsvir edilmədən qeyri-obyektiv və şəxsi fantaziyalarla tərtib edilmişdir. Beləliklə 23.02.2022-ci il tarixli 8/322 saylı məhkəmə yol nəqliyat hadisəsinin rəyi qeyri-obyektiv olduğu üçün möhtəbər sənət hesab edilə bilməz və belə rəyə istinad edilməsi ədalətsizlikdir. Əgər məhkəmə tərəfindən təkirar ekispertiza təyin olunsa və Məhkəmə prosesi, məhkəmə istintaqı ilə davam edilərsə Vaqif Novruzovun bu hadisənin törədilməsində təqsiri olmadığı şəffaf formada müəyyən ediləcəkdir.
BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv surətdə özünü müdafiə hüququ var, humanizm prinsiplərini məhdudlaşdırmamalıdır.
Belə ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza barədə” Sərəncamı humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hümanizm hüquq siyasətinin tərkib hissəsidir. Dövlətimizin siyasi iradəsi daima böyük önəm verdiyi humanizm prinsiplərinə sadiqlik, insanlara diqqət və qayğı mühüm faktorlardandır.
Bu səbəbdən də İstintaq orqanı Vaqif Novruzovun barəsindəki cinayət işini obyektiv aparılmadığı üçün AP CM-nin cinayyət və cəza prinsipi aşağıda qeyd olunan CM-nın müddəalarının tətbiqini zəruri edir.
58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər.
59.1. Cəzanı yüngülləşdirən halar aşağıdakılardır:
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;
59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.
70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
Diqqətinizə çatdırıram ki, oğlum V.Novruzov AR DİN-in ÇPA-nın Xüsusi Təyinatlı Taborunda iştirak etmiş və “SAS Komandos”, “Cəhənnəm nəfəsi”, və s. Xüsusi Təlim kurslarını keçmiş. 2016-cı il aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənin təxribatının qarşısının alınmasında aparılan əks hücum əməliyyatında Füzuli, Tərtər, Cəbrayılın Cocuq Mərcanlı kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən şəxslərdən biri olmuş. Eyni zamanda 2020-ci ildə “Dəmir yumuruq” əməliyyatında, 44 günlük Vətən müharibəsində Suqovuşan, Xudafərin Hadrut istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir.
Həmçinin 2007-2009-cu il tarixində həqiqi hərbi xidmət zamanı Xüsusi Təyinatlı Hərbi hissələrdə xidmət etmiş. bununla yanaşı Paytaxt Respublikanın ərazilərində dövlətçilik əleyhinə yönəlmiş təxribat xarakterli iğtişaşların qarşısının alınmasında və ictimai asayişin qorunmasında fəal iştirak etmişdir.
Hörmətli Prezident!
Qeyd olunanları diqqətinizə çatdırıram ki, oğlumun bu xidmətlərini və şəxsiyyətini nəzərə alınması istiqamətində köməklik göstərəsiniz.
70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və təşəbbüsü əsasında son illər ərzində vətəndaş azadlığı hüququnun təmin edilməsi sahəsində bir çox siyasi tədbirlər həyata keçirilib. Eyni zamanda, Prezidentin cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmədən alternativ cəza” 2018-сi il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində 2018-ci il 20 oktyabr tarixli Qanunda CM-nin 300-ə yaxın maddəsində dəyişiklik edilib, bunun nəticəsində isə bu halar minlərlə vətəndaşa şamil edilmişdir.
Həmçinin, qeyd olunan cəza siyasətinin hümanistləşdirilməsi tədbirlərin davamlı olaraq həyata keçirilməsi dövlət rəhbərinin Fərman və sərəncamları əsasında alternativ cəza siyasəti, məhkəmə-hüquq siyasətində humanizm pirinsiplərinin qorunması və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlər davam etdirilmiş və cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilərək 300-ə yaxın CM-də dəyişiklik təqdim edilmişdir.
Bu səbəbdəndə, mən bir vətəndaş kimi hesab edirəm ki, mərhum Rövşən Alxasovun anasının məhkəmədən etdiyi tələblər təmin edilməməlidir. Bu cəmiyyət üçün, günahsız və məsum körpələr üçün zülmdür ! Ailə kiçik bir dövlətdir. Oğlumun himayəsidə olan körpə uaqlar, anası olaraq mən  və ailə üzvüləri var.
Qeyd olunanları nəzərə alaraq əməlində cinayət tərkibi olmadığına görə barəsində AR CPM-nin 39.1.2 maddəsinə əsasən bəraət verici əsaslarla məhkəmə hökm elan edilməsin xahiş edirik.
Bu səbəbdəndə Yenədə SİZLƏRDƏN XAHİŞ EDİRƏM
Oğlumun barəsində mövcud ittiham ləğv edilsin və bəraət verilsin.

Hörmətlə Nübar Novruzova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki