image-photo-2021-12-25-09-50-31backend

Çiçəklənən yurdumuz

image-reklam_sirab_01

Dövlətimiz gün-gündən çiçəklənir.Bu isə ilk öncə cənab prezidentimiz İlham Əliyevin sayəsində baş verir.Onun imzaladığı yeni Sərəncam və Fərmanlar,apardığı islahatlar sayəsində xalqımızın,dövlətimizin maddi və mənəvi rifahı çiçəklənir.Təqaüdlərin və müavinətlərin artırılması haqqında imzalanan sərəncamlar 732min şəxsi əhatə edir. 2022-ci ilin sosial islahatları 16 oktyabr 2021-ci il tarixində imzalanan Sərəncama əsasən reallaşdırılacaq.Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1.5milyard manat vəsait nəzərdə tutulub və 2.1 milyondan çox insanı əhatə edəcək.
Verilən sərəncamlar yalnızca bir təbəqəni əhatə etmir.Nəzərdə tutulmuş artım bütün kateqoriyalardan ibarət insanları əhatə edir:Tələbələr və doktorantlar,Əlilliyi olan şəxslər, “Xalq” və “Əməkdar” fəxri ada sahib olan şəxslər,Övladlığa uşaq götürənlər və s..Gənclər arasında Təhsil almaq prosesini stimullaşdırılmasına xidmət edən bu yeni Fərman 132min doktorant və tələbəni əhatə edir.Ölkəmizdə sosial rifahın yaxşılaşdırılmasına xidmət edən bir çox təşkilatlar vardır ki,bu təşkilatlarda çalışanların maaşı gələn ildən 20% artırılacaq.Bunun üçün dövlət büdcəsi tərəfindən 9milyon manat ayrılıb və bu məbləğ təxmini olaraq 4000nəfəri əhatə edir.Əlilliyə görə verilən müavinətlər isə uyğun olraq:1-ci dərəcə üzrə- 150 manatdan-220 manata,2-ci dərəcə üzrə-130 manatdan-180 manata, 3-cü dərəcə üzrə 110manatdan- 120manata çatdırılmışdır.Son 3il ərzində aparılan bu islahatlara görə 1-ci dərəcə üzrə 2,7 dəfə, 2-ci dərəcə üzrə 3dəfə, 3-cü dərəcə üzrə isə 2,3 dəfə artmışdır.Müharibə,hərbi xidmət vəzifələrini yerinə yetirmək və digər xüsusi səbəblərlə əlaqəli əlilliyi olan şəxslərin pensiyası 1-ci dərəcə üçün 400 manat,2-ci dərəcə üçün 350 manat,3-cü dərəcə üçün isə 300manat ödənilir.Lakin əlilliyi olub pensiya almadıqda müavinət və təqaüd formasında uyğun olaraq 700,530,420 manat vəsait alacaqlar.Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət isə 150 manatdan 200 manata çatdırılıb.
Dövlətimiz həmçinin çoxuşaqlı ailələrə də dəstəyini göstərməkdə davam edir.Beləki beşdən çox uşağı olan qadınlara hər uşağa görə təyin edilən aylıq müavinət 55 manatdan 70 manata çatdırılıb.Bu məbləğ eyni ilə bir yaşınadək uşağı olan aztəminatlı ailələrə də təyin edilib.Övladlığa götürülən və sağlamlığı məhdud olan uşaqlara ayrılan vəsait uyğun olaraq 25faiz artırılaraq 160 manatdan 200 manata və 480 manatdan 600 manata çatdırılmışdır.Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət 200 manatdan 300 manatadək artırılmışdır.3 ilə nəzərən bu məbləğdə 2,4 dəfə artım baş verib.
Bu fərman həmçinin elmi və pedoqoji fəaliyyətin dəyərləndirilməsinə də aid edilib.Ən azı 25 il pedaqoji staja malik olan,işləməyən pensiyaçı elmlər doktorları və fəlsəfə doktorlarının da aylıq təqaüdü 2022-ci il yanvarın 1-dən yenilənmiş formada təsis olunub.Bu təqaüd elmlər doktorları üçün 50% artırılaraq 200-dən 300 manata,fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılmışdır.
Ali təhsil müəssisələri və AMEA-da adlı təqaüd alanların təqaüdü 204 manat,magistr pilləsində akademik göstəriciləri 91-100 olan tələbələr 174 manat,71-100 olan tələbələr 144 manat, 51-100 olan tələbələr isə 96 manat,bakalavr pilləsi üçün isə uyğun olaraq 156,132 və 90 manat təşkil edir.Orta ixitsas təhsil müəssisələrində təqüdün məbləği 90 manat,72 manat və 60manat təşkil edir.Bu məbləğ peşə məktəbində təhsil alanlar üçün də keçərlidir.
Bu təqaüd və müavinətlər daha bir çox sahə üzrə artırılmışdır.Son illərdə minimum əmək haqqı və minimum pensiyalar təqribən 2 dəfə artmışdır. Minimum əmək haqqı isə 300 manata çatdırılmışdır.Dövlət başçımız ölkəmizin çiçəklənməsi,xalqın rifahının artması üçün hər şeyi edir.Bununla da dövlətimiz gün-gündən çiçəklənərək inkişaf edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əhədov Elvin Elnur oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki