image-56backend

Daha 4 qazimiz Türkiyəyə göndərildi – FOTOLAR

image-reklam_sirab_01

Vətən müharibəsi zamanı ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

 

Veteninfo.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

 

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimiz Tağıyev İlkin Həmid oğlu, İsmayılov Seymur Sabir oğlu, Şirəliyev Mehman İbrahim oğlu, Orucov Samir Surxay oğlunun müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

 

Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

 

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Dörd qazimiz Türkiyəyə göndərildi- FOTOLAR Dörd qazimiz Türkiyəyə göndərildi- FOTOLAR Dörd qazimiz Türkiyəyə göndərildi- FOTOLAR

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki