Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin təyyarəsi Ermənistanın hava məkanından keçməklə Bakıya uçub.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Təyyarə Ermənistanın Armavir vilayətinin Yervandaşat kəndinin səmasında Ermənistan-Türkiyə sərhədini keçib, sonra isə Bakıya doğru istiqamət alıb.
Xatırladaq ki, noyabrın 23-də axşam saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı başlamazdan bir müddət əvvəl Azərbaycanın “AZAL” aviaşirkətinin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Naxçıvandan Bakıya uçub.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın Ermənistanın hava məkanından ilk uçuşu 2021-ci ilin oktyabrında şirkətin təyyarəsi Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reys həyata keçirən zaman məlum olub.