image-18backend

Daha bir xəstəxanada özbaşnalıq

image-reklam_sirab_01

Oktyabrın 11-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasından redaksiyamıza şikayət daxil olub.

 

Şikayətə görə, xəstəxananın cari təmiri ilə bağlı elan edilmiş tenderin nəticələri açıqlanıb. Tenderə sənəd verən bəzi şirkətlər təkliflər paketinin açılışında iştirak edə bilməyiblər. Buna səbəb xəstəxananın işçiləri olub.

 

Şikayətdə bildirilir ki, kənar şirkətlərin nümayəndələrindən onların harada çalışmalarını təsdiqləyən sənədin Notariusdan təqsdiqlənmiş forması tələb olunub.

 

Əlavə olaraq təkliflər paketinin açılması prosesində iştirakına icazə verilməyən şəxsin şəxsiyyət vəsiqəsinin sürəti deyil, əsli istənilib.
Nümayəndə xahiş edib ki, şəxsiyyət vəsiqəsinin əsli maşında qalıb, icazə versinlər gedib gətirsin, ona “Olmaz, sənin sənədlərin düz deyil” – deyib, deyilib və otaqdan çıxarılıb.

 

Qəribə orasıdır ki, saat 11:00-da açılmalı olan paketlər saat 13:00 və bir də 17:00 da açılıb. Bütün bu baş verənlər prosesdəki qara məqamlardan xəbər versə də, eyni zamanda prosesdən narazı şirkətlər lazımi instansiyalara müraciət edəcəklərini bildirsələr də xəstəxana rəhbərliyi öz “əməli”ni davam etdirib.

 

Məsələ ilə bağlı xəstəxananın bu işlərə məsul şəxsi Şəhla xanımla əlaqə yaratdıq. O, bizə cavabında gah belə halın baş vermdəiyini, gah içəri buraxılmayan nümayəndələrin öz sənədlərini mobil telfonda göstərdiklərini, gah da onların özlərinin prosesdə iştirak etmək istəmədiklərini və bunu onların tələsdikləri ilə əlaqələndirib.

 

Xəstəxana rəsmisi deyib ki, müraciət edən digər şirkətlərin nümayəndələrinin hamısı prosesdə etibarnamə və vəsiqə ilə iştirak edib.

 

Qarşı tərəf isə iddia edir ki, təkliflər paketinin açılmasında onların iştirakının təmin edilməməsi elan olunan tenderdə onların ən aşağı qiymət yazmaları olub.Saatın dəyişdirilməsi isə qalib ediləcək şirkətin təkliflərinin dəyişdirilməsi zərurəti ilə bağlı olub.

 

İddiaya görə, paketlər hamının gözünün qarşısında açılsaydı, xəstəxananın iş birliyində olduğu şirkət qalib gələ bilməyəcəkdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki