image-64backend

Daşkəsəndə Vətən müharibəsi şəhidləri anılıb

image-reklam_sirab_01

Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Ramid Tağıyev və Asif Tağıyevin anım mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən Şəhidlər Xiyabanında keçirilmiş Vətən Müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun və kiçik çavuş Tağıyev Asif Zakir oğlunun anım mərasimlərində ictimaiyyət nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb. Çıxış edənlər şəhidlərin həyat və döyüş yolundan danışıblar.

Daha sonra şəhid Ramid Tağıyevin Yuxarı Daşkəsən qəsəbəsində şəhidin adını əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib. Bulağın açılış mərasimində məktəblilərin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.
Şəhid Ramid Tağıyevin anası Zərniyar Tağıyeva, şəhid Asif Tağıyevin anası Nəzakət Tağıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqları bildiriblər.

Qeyd edilib ki, Tağıyev Ramid Yaqub oğlu 1994-ci il fevralın 25-də Yuxarı Daşkəsən qəsəbəsində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, şəxsi igidlik və şücaət göstərib. O, 2020-ci il oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Nəşi bir müddət sonra tapılıb və 2020-ci il noyabrın 18-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, şəhid Ramid Tağıyev “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər şəhid, Tağıyev Asif Zakir oğlu 1985-ci il fevralın 23-də Daşkəsən rayon Quşçu kəndində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına vuruşub böyük şücaət göstərib. Asif Tağıyev də 2020-ci il oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb və onun da nəşi sonradan tapılaraq, 2020-ci il noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Asif Tağıyev “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki