Ağ Evin mətbuat xidmətinin məlumatına görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna yola düşən ABŞ prezidenti Donald Trampın təyyarəsi Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıdır.
Ağ Evin mətbuat katibi Kerolin Livit bildirib ki, geri qayıtmaq qərarı heyət “kiçik elektron problem” aşkar etdikdən sonra verilib. Geri qayıtdıqdan sonra Trampın Davosa uçuş üçün başqa bir təyyarəyə minməsi gözlənilir. Reuters daha sonra prezident təyyarəsinin uğurlu eniş etdiyini bildirib.


























