image-img-20211220-wa0012backend

Deputat Könül Nurullayeva seçiciləri ilə növbəti dəfə görüş keçirib

image-reklam_sirab_01

Millət vəkili Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Milli Məclisin deputatı qəbul zamanı vətəndaşlarla fərdi formada görüşərək, onların şikayət və problemləri ilə yaxından maraqlanıb.
Nəzərinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında özünüməşğulluq proqramına müraciət edən Vətən müharibəsi qazilərinin üzləşdiyi müəyyən çətinliklərlə bağlı müraciəti, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, ixtiraçının patent almaqla əlaqədar yaşadığı çətinlik, məhəllənin kanalizasiya sisteminin yenilənməsi, illər əvvəl binaları sökülən vətəndaşların hələ də mənzillə təmin olunmaması, vətəndaşın əsassız səbəbdən işdən çıxarıldığına dair iddiası, yaşayış binasının həyətyanı sahəsinin abadlaşdırılması və s. ilə bağlı məsələlər başlıca yer almışdır.
Deputat Könül Nurullayeva qəbulun sonunda bildirib ki, görüşdə iştirak edən bütün vətəndaşların müraciətləri qeydiyyata götürülmüşdür və onlar həll edilməsi məqsədilə ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki