image-05backend

Deputat məktəblilərin “ZƏFƏR KUBOKU” yarışında iştirak etdi.

image-reklam_sirab_01

Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi və Ucar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ucar rayonunda “8 Noyabr – Zəfər günü” nə həsr olunmuş rayonun ümumtəhsil məktəbləri arasında velosiped idman növü üzrə “Zəfər” kuboku yarışı keçirildi.
Tədbirin açılış mərasimində Ucar Rayonu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ucar rayonundan Milli Məclisin deputatı Ramil Həsən, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov və digər qonaqlar iştirak etdilər. Rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Yarışın açılış mərasimində çıxış edən Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov bütün yarış iştirakçılarını və qonaqları Zəfər bayramı münasibəti ilə təbrik etdi, yarış iştirakçılarına qalibiyyət və yarışda uğurlar arzuladı. Daha sonra Zəfər gününün mahiyyətindən danışaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun həyata keçirdiyi bu qalibiyyəti bir daha diqqətə çatdırdı, məktəblilərə təhsildə uğurlar, xalqımıza isə Vətənimiz, millətimiz üçün və dövlətimizin gələcək uğurları üçün möhkəm birləşməyi arzuladı.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən çıxışında 8 noyabr-Zəfər bayramı münasibəti ilə bütün şagirdləri, Ucar rayonunun ictimaiyyətini səmimi qəlbdən təbrik etdi. Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında tarixi nailiyyətimiz və 30 illik həsrətimizə son qoyan Müzəffər Azərbaycan Ordusunun Şəhidlər verərək, qazilərimiz və Vətən müharibəsi iştirakçıları ilə tarixi vətən torpaqlarını düşmən tapdağından azad edilməsinin  Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını xüsusi olaraq vurğuladı. Azərbaycanı və Azərbaycan xalqını utanc yerindən qurtaran, bir daha əsla və əsla işğal günü olaraq qeyd etməyəcəyimiz, Qələbə günü olaraq qeyd edəcəyimiz 8 noyabr tarixini bizə bəxş edən Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna hamımızın daim minnətdar olmalı olduğumuzu vurğulayaraq, Azərbaycan Velosiped İdmanı Federasiyası və Ucar rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışda iştirak edən bütün şagirdlərə uğurlar dilədi.
Ardınca velosiped yarışına start verildi. Yarışda 25 məktəb komandası iştirak etdi. Azərbaycan Velosiped İdmanı Federasiyasının hakimlər heyətinin yekun qərarına əsasən estafetdə ən yaxşı nəticə göstərmiş üç komanda müəyyən olundu.
Gərgin keçən mübarizə şəraitində şəhər 6 nömrəli məktəbin komandası III yerə, şəhər 2 nömrəli məktəbin komandası II yerə, Alpı kənd məktəbinin komandası isə I yerə layiq görüldülər.
Sonda Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsənin və AzVİF-in Baş katibi Fərhad Əliyevin iştirakı ilə qalib komandaların üzvləri diplom, medal, kubok və hədiyyələrlə təltif edildi.image-04 image-100 image-00 image-02 image-03 image-04 image-05 image-06 image-07 image-08 image-09 image-100 image-101


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki