image-7a0a4806-798b-432b-8d19-10a323a94d57backend

Deputat Vətən müharibəsi qaziləri ilə “Zəfər günü- Müqəddəs və Tarixi həqiqətin bərpası” mövzusunda görüş keçirib.

image-reklam_sirab_01

Görüşdə Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov bütün qəhrəman Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi görüş iştirakçılarına bildirmiş, dövlət himni səsləndikdən sonra açılış edərək, qazilərimizə qonaqları təqdim etmişdir və sözü deputat Ramil Həsənə vermişdir. Millət vəkili görüş iştirakçılarını salamlayaraq çıxışında “Biz sizlərin sayəsində vətən torpaqlarımızın işğal gününü yox, işğaldan azad olması gününü qeyd edirik. Qanımızla, canımızla, qəhrəman oğullarımızı şəhid verərək, qazilərimiz, igid oğullarımızın şücaətlə döyüşməsi hesabına torpaqlarımızı işğaldan azad etmişik. Sözün həqiqi mənasında Prezident Cənab İlham Əliyevin dediyi kimi, düşmənin başını əzərək torpaqlarımızı azad etmişik. Vətənimizin yetişən yeni nəsli bu qəhrəmanlıqları göstərən oğullarımızdan öyüd götürərək, onların igidlik yoluna baxaraq böyüyəcəkdirlər. Bu gün mən böyük fəxr ilə deyə bilərəm ki, məhz sizlərin sayəsində alnımız açıq, başımız dikdir. Ermənilərin və onlara havadarlıq edənlərin hamısının gözlərinin içinə dik baxa bilirik. Zəfər bayramı ərəfəsində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımıza ölümündən sonra Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə medallar verilmişdir. Şəhidlərimizin adlarının əbədiləşməsi və qəhrəmanlıqlarının qiymətləndirilməsi işləri yenə də davam edəcək və torpaq uğrunda canlarından keçmiş, o cümlədən sağlamlıqlarını itirmiş bütün Qarabağ Vətən Müharibəsi iştirakçılarının ümumi olaraq hər birinin ortaya çıxan çətinliyini aradan qaldırmaqla bağlı Prezident Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən məşğuldur, müvafiq dövlət qurumlarına bu istiqamətli tapşırıqlar verilmişdir. Bütün Azərbaycan dövləti dəmir yumruqdu və o, dəmir yumruğun ən qiymətli parçaları sizlər və bizlərik. Bayramınız Mübarək olsun. Əziz qazilərimiz Allah sizi qorusun, Allah sizi var etsin, Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qarabağımız uğrunda döyüşən bütün şəhid və qazi qardaşlarımız bizlər üçün əzizdir” fikirləri bildirmişdir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədrinin səlahiyyətlərini icra edən Şəhla xanım Abdullayeva Zəfər günün mahiyyətindən, rayonda Şəhid ailələri və Qazilərimizlə görülən işlərdən, Ali Baş Komandan Cənab İlham Əliyevin 44 günlük Vətən savaşında hərtərəfli, uğurlu və yenilməz sərkərdəliyindən söz açaraq, bundan sonra da azad olunan torpaqlarımızı göz bəbəyimiz kimi qorumaq üçün daha da sıx birləşməli və ayıq-sayıq olmalıyıq fikirini bildirdi.

Daha sonra çıxış edənlər şəhid kiçik gizir Kərim Əliyevin atası, birinci Qarabağ müharibəsi veteranı Məhəmmədəli Əliyev, Ucar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Cəmilə Həşimova, şəhid Ağayusif Əliyevin qardaşı Mais Əliyev, vətən müharibəsi qazisi Sahil Mehdiyev və digər natiqlər Qarabağ savaşında ordumuzun qəhrəmanlıq salnaməsindən, Şuşanın və digər vətən torpaqlarımızın azadlığı uğurunda şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışdılar. Bu müharibədə Ali Baş Komandan, ordu və xalq birliyinin möhkəmliyindən, odumuzun bütün şəxsi heyətində olan yüksək əhval-ruhiyyədən, düşmənin üzərinə gözü qorxmadan, ürəklə getmələrindən söz açdılar. Ali Baş Komandana 30 illik ağrı-acını üzərimizdən götürdüyünə görə dərin təşəkkürlərini bildirdilər.

Onu da qeyd edək ki, şəhid ailələri və qazilər görüşdə narahatlıqlarınıda dilə gətirdilər, qaldırılan problemlərin həlli ilə bağlı millət vəkili müvafiq qurumlara məktubların ünvanlanacağını bildirdi, bəzilərinin həlli üçün isə uyğun addımların atılması ilə bağlı yerindəcə lazımı tapşırıqlarını verdi. Həmçinin görüşdə Vətən müharibəsi Şəhidi Ələkbərov Allahverdi Məzahir oğlunun doğum günləri olan övladları Əlihüseyn və Fidan Ələkbərovlar iştirak etmişdir.image-0e49bb0f-2dec-4cc0-bae8-0e6e07fa087b image-01a54f82-4cf9-44b7-af0d-eb69009790ed image-1fcc27bd-2dff-4819-a8a4-0609b5c26125 image-4f570148-532d-4af8-a66f-4537cf96e5d1 image-5ee6610f-9843-4ecd-985f-5de2d8376ec7 image-7d680583-dd0a-417b-9da7-054a2cfabfd5 image-347fc6e6-ec3f-4246-935c-128b14bf785a image-967c078a-a265-43cd-bb12-0adb2342d4c4 image-5386dca8-b4a5-4c2c-8d61-d36bb32be543 image-100321c5-f6f5-4afc-bf57-343ef343e96f image-c5fbff8e-8c80-4d71-807f-f67015ca1372 image-c0230920-7d1e-4a7f-ba95-187aab663462 image-ca063c46-46c3-4d7d-a5dd-00af0017d737 image-d71803cc-3844-436f-9b38-adba3209c56d image-e2e3bbc8-4864-4956-be68-52abba76ccd4 image-ec7d2904-f508-4dfd-898f-5c257297511e


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki