Daxili İşlər Nazirliyinin (DİN) azad edilən rayonlardakı 6 postuna təcili-tibbi yardım ləvazimatları, dərmanlar göndərilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, daha əvvəl isə Ağdam və Şuşa şəhərində Vətən torpaqlarının keşiyini çəkən polis əməkdaşlarına zəruri ləvazimatlar verilib.