Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra bir çox adət ənənlərini, zəngin mədəniyyətini yenidən bərpa etdirdiyi, inkişaf etdirdiyi kimi dininidə onunla bağlı olan mübarək bayram və mərasimləridə bərpa etmişdir. Bildiyimiz kimi 70 il əsarət dövründə İslam dininə sitayişə qadağa qoyulmuş və onunla bağlı keçirilən dini bayramlarada qadağalar qoyulmuşdur. Ancaq dininə və onun mərasimlərinə bağlı olan yerli xalq gizlicə olaraq dini ibatədlərini icra edir, gizli şəkildə də müqəddəs bayramlarını seyd edirdilər. Məhz xalqımızın belə adət-ənənələrinə bağlılığı , belə mədəniyyətimizi qoruması göstərirdiki bu xalq bir gün öz müstəqilliyinə qovuşacaqdır.
İslam dinin müqəddəs bayramlarından biri də Qurban Bayramıdır.Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Müqəddəs bayramımız olan Qurban bayramı neçə nəsillərdi qorunaraq yeni nəsillərə əmanət edilir. Bu il isə Qurban Bayramımız xüsusi bir təmtəramla və bütün dünya Azərbaycanlılarının tək arzusunun reallaşmasının bir sevinci ilə olacaqdır. Neçə illərdir düşmən əsarətində olan torpaqlarımızda o müqəddəs bayramlarımız keçirilmir, həmin şəhərlərimizdə oçan məscidlərimizdə isə bayram namazı qılınmır, bayram duaları oxunmurdu. Ancaq rəşadətli ordumuz və müzəffər Ali baş komandanımızın sayəsində artıq biz müqəddəs və tarixən islam dininə söykənən bayramlarımızı əbədi olaraq qeyd edəcəyik!
Azərbaycan xalqı çox vətənpərvər və dininə bağlı olan bir xalqdır. Bunula bərabər isə biz çox tolerant bir xalqıq. Biz dilindən, dinindən , irqindən, mənsub olduğu xalqdan asılı olmayaraq bütün xalqlara dözümlülüklə yanaşırıq. Onların öz dininə bizim ölkə daxilində də sitayiş etməsinə qadağalar qoymururuq. Bax budur Azərbaycan xalqının humanistliyi və Azərbaycan Prezidentinin alicənablığı ! Biz artıq qalib bir dövlət olaraq və bütöv bir Azərbaycan olaraq indiyə kimi qoruduğumuz adət – ənənələrin daima qoruyacağıq və gələcək nəslə ötürəcəyik
Qurbanova Sevanə Fərhad qızı.