image-55backend

Doktoranturada yalnız onlar qiyabi təhsil alacaq

image-reklam_sirab_01

Doktoranturada qiyabi təhsil almaq hüququnun kimlərə şamil ediləcəyi müəyyənləşir.

 

Veteninfo.az-ın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupu tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, doktoranturada təhsil əyani və qiyabi təhsilalma formasında həyata keçiriləcək. Doktoranturanın qiyabi təhsilalama formasında təhsil almaq hüququna yalnız ali təhsil müəssisələrində (kollec istisna olmaqla) və elmi təşkilatlarda işləyənlər malik olacaq.

 

Qeyd edilib ki, doktorantura (adyunktura) – yüksək səviyyəli elmi kadr hazırlığının həyata keçirildiyi ali təhsilin üçüncü və Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səkkizinci səviyyəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki